Dünya futbolu

“Bavariya” əsas oyunçularından birini itirib

“Bavariya”nın oyunçusu Alfonso Deyvis zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, kanadalı sol cinah müdafiəçisi Bundesliqanın XX turunun “Borussiya” (Münhenqladbax) ilə oyununda (3:1) zədə alıb.

Deyvisə sol dizinin medial bağının qırılması diaqnozu qoyulub. Onun meydanlardan 3-4 həftə uzaq qalacağı gözlənilir.

“Bavariya” Bundesliqanın XXI turunda fevralın 10-də səfərdə lider “Bayer”lə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43