Dünya futbolu

“Bavariya” “Benfika”ya 5 milyon ödəyəcək

Almaniyanın “Bavariya” klubunun gənc futbolçusu Renatu Sanşeş sabiq komandası “Benfika”ya 5 milyon avro qazandıra bilər.

Portuqaliyalı futbolçu mövsümün qalan oyunlarının birində meydana çıxsa, göstərilən məbləğ Lissabon təmsilçisinin hesabına köçürüləcək.

Sanşeşin 2016-cı ilin yayında Münhen klubuna keçərkən imzaladığı müqavilədə belə bir bənd yer alıb. 19 yaşlı futbolçu  25 oyun həddini keçsə, 5 milyon avro bonus kimi ödənməlidir.

Sanşeş keçirdiyi 24 oyunda rəqib qapılarına yol tapa bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43