28 Sentyabr 2024
Dünya futbolu

“Bavariya” bu oyunçu üçün 100 milyon verir

“Bavariya” “Bavariya”nın yarımmüdafiəçisi Florian Virts üçün mübarizə aparmaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, Münhen komandası 2025-ci ilin yayında 21 yaşlı almaniyalının qiymətinin 150-dən 100 milyon avroya düşəcəyini gözləyir. Klub bu futbolçu üçün “Real”la yarışmağı planlaşdırır.

 Bu mövsüm yarımmüdafiəçi Leverkuzendə bütün turnirlərdə yeddi oyuna çıxıb, altı qol vurub və bir məhsuldar ötürmə edib.

Virtsin “Bayer” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. T”ransfermarkt” portalı onun bazar dəyərini 120 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43