Dünya futbolu

“Bavariya” Çempionlar Liqasının qalibi oldu! – VİDEO

UEFA Çempionlar Liqasının 2019/20 mövsümünün qalibi müəyyənləşib.

Lissabondakı “Da Luş” stadionunda Fransanın PSJ və Almaniya “Bayern” klubları üz-üzə gəlib. Münhenlilər 1:0 hesablı qələbə qazanaraq, turnirin qalibi olub.

Almaniya klubu 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.

23:00 PSJ (Fransa) – “Bayern” (Almaniya) – 0:1

Qol: Kinqsli Koman, 59

Baş hakim: Daniele Orsato (İtaliya)

Lissabon. “Estadio da Luş”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43