Dünya futbolu

“Bavariya” iki ulduzunu satır

Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya” Duqlas Kosta və Renato Sançesi satmaq qərarına gəlib.

İdmanxeber.com-un məlumatına görə, bu haqda “Kicker” xəbər yayıb.

Mövsümün əvvəlində “Benfika”dan 35 milyon avro qarşılığında transfer olan Sançes liqada yalnızca 6 oyunda start heyətində meydana çıxıb.

2015-ci ildə “Şaxtyor”dan 30 milyon avro qarşılığında transfer olunan Kosta isə bu mövsüm sadəcə 14 oyunda start heyətində meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43