Dünya futbolu

“Bavariya” ilə oyunöncəsi “Şaxtyor”a şad xəbər

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 17-də “Bavariya” ilə ilk oyuna çıxacaq “Şaxtyor” hazırlığını davam etdirir. Donetsk klubu çətin görüşöncəsi şad xəbər alıb. Belə ki, “Şaxtyor”un aparıcı oyunçularından olan Bernardın bu matçda forma geyinəcəyi bəlli olub. Braziliyalı yarımmüdafiəçi zədəsinə görə, son günlər fərdi qaydada məşq edir. Bununla belə, həkimlər onun vəziyyətinin yaxşı olduğunu və “Bavariya”ya qarşı oynaya biləcəyini deyiblər.

Qeyd edək ki, almanlarla matçdan sonra Antalyaya yollanacaq “Şaxtyor” fevralın 24-də Azərbaycan yığması ilə yoxlama görüşü keçirəcək.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43