”Bavariya” yeni mərkəz müdafiəçisi axtarışını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu Kevin Dansonu da siyahıya əlavə edib. Almaniya klubu ötən yayda 25 yaşlı müdafiəçi ilə maraqlanmış ancaq o, Lansla müqaviləsini uzatmışdı.
Danso bu mövsüm Fransa klubunda 22 oyuna çıxıb.