“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu “Fulhem”də çıxış edən Joao Palinyanın heyətinə qatmağa hazırlaşır. İngiltərə klubu oyunçuya qarşılıq 70 milyon avro tələb edib.
Portuqaliya millisinin üzvü də Almaniya klubunda çıxış etməyə müsbət yanaşır. Hazırda tərəflər arasında danışıqlar davam edir.