16 Sentyabr 2024
Dünya futbolu

“Bavariya” portuqaliyalının dəyərini bəlirlədi

“Bavariya” Joau Palyinya üçün israrını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu portuqaliyalı yarımmüdafiəçi üçün 60 milyon avrodan artıq ödəmək istəmir. “Fulhem” bu məbləğə razı olmasa, Almaniya klubu danışıqları dayandıracaq.

Palyinyayla “Arsenal”da yaxından maraqlanır. 28 yaşlı oyunçu bu mövsüm “Fulhem” formasıyla 20 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

O, Portuqaliya millisində isə 24 oyunda meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43