Dünya futbolu

“Bavariya” PSJ-nin üzvünü alır

PSJ-nin yarımmüdafiəçisi Xavi Simons karyerasını Almaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Bavariya” 21 yaşlı niderlandlıya iddialıdır. Münhenlilər futbolçunu almaq opsiyonu ilə icarəyə götürmək niyyətindədirlər. “Bavariya” oyunçuya 10 nömrəli formanı verməyə hazırdır.

Ötən mövsüm Simons “Leypsiq” üçün 43 oyun keçirib, 10 qol vurub və 15 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 80 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43