Kateqoriyasız

Çempionlar Liqası: ilk yarımfinalçılar məlum oldu

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

İlk oyun günündə iki qarşılaşma keçirilib.

Fransa PSJ-si doğma meydanda Almaniyanın “Bavariya” klubunu qəbul edib və minimal hesabla uduzub – 0:1. Komandalar arasında ilk oyunda PSJ 3:2 hesablı qələbə qazandığından Paris klubu yarımfinala yüksəlib.

Günün digər matçında İngiltərənin “Çelsi” klubu Portuqaliya “Portu”su ilə qarşılaşıb. Görüş koronavirus pandemiyası səbəbindən İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda keçirilib. London təmsilçisi rəqibinə 0:1 hesabı ilə məğlub olub. Ancaq “Çelsi” ilk oyunda səfərdə “Portu”ya 2:0 hesabı ilə qalib gəldiyindən mərhələ adlayan tərəf olub.

Çempionlar Liqası
1/4 final (cavab oyunları)

13 aprel

23:00 PSJ (Fransa) – “Bavariya” (Almaniya) – 0:1
Qol: 
Şupo-Motinq, 40

İlk oyun – 3:2

23:00 “Çelsi” (İngiltərə) – “Portu” (Portuqaliya) – 0:1
Qol: 
Mehdi Taremi, 90+4

İlk oyun – 2:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43