Dünya futbolu

“Bavariya” ulduz oyunçuları üçün vida matçı keçirəcək

“Bavariya”nın prezidenti Uli Heness mövsümün sonunda Aryen Robben və Frank Riberinin komandadan ayrılacağını təsdiqləyib.

Klub rəhbəri uzun illər Münxen təmsilçisində xidmət etmiş hər iki oyunçu üçün də vida matçının keçiriləcəyini və onların buna layiq olduğunu bildirib. Heness Riberinin Münhendə qalacağını və klubda ona uyğun bir iş verilcəyini də əlavə edib.

Qeyd edək ki, 35 yaşlı Riberi 2007-ci ildən “Bavariya”da çıxış edir. O, Münhen klubunda 12 il ərzində 22 müxtəlif titul qazanıb. Riberi ilə həmyaşıd olan Robben isə “Bavariya”da 2009-cu ildən oynayır. Onun Bundesliqa klubu ilə 19 titulu var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Brazilya Argentinanı son dəqiqədə məğlub etdi – VİDEO

admin

Benzemadan rekord, Anrini geridə qoydu

admin

“Anji” – “Tromse” – VİDEO

admin