Dünya futbolu

“Bavariya” yeni transferini açıqladı

“Bavariya” Konrad Laymeri transfer etdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Avstriya millisinin 26 yaşlı yarımmüdafiəçisi “Leypsiq”lə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Münhen klubuna keçib.

Almaniya çempionu Laymerlə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

O, “Leypsiq”də 190 oyuna çıxıb, 15 qol vurub və iki dəfə Almaniya kubokunu qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43