İdman

“Bavariya”da ciddi itki

Qətərdə təlim-məşq toplanışında olan “Bavariya” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, məşq zamanı komandanın yarımmüdafiəçisi Tyaqo Alkantaranın əzələsi dartılıb. Bu səbəbdən onun üçün hazırlıq mərhələsi erkən başa çatıb.

25 yaşlı ispan futbolçu artıq komandanın düşərgəsini tərk edib.

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti ümid etdiyini bildirib ki, Alkantaranın zədəsi ciddi deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43