Dünya futbolu

“Bavariya”da ciddi itki

“Bavariya”nın futbolçusu Tomas Müller Almaniya kubokunda “Hoffenham”la görüşü və bundesliqanın 27-ci turunda Dortmund “Borussiya”sı ilə oyunu buraxacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Münhen klubunun baş məşqçisi Karlo Ançelotti məlumat verib. O, alman oyunçunun Çempionlar Liqasının 1/4 finalında “Real”la matça kimi hazır olacağını bildirib.

Qeyd edək ki, “Bavariya” – “Real” görüşü 12 aprel tarixində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43