“Bavariya”nın futbolçusu Serj Qnabrinin durumu ciddidir.
İdmanxeber.az-ın məlumatına görə, “Real”la oyunda zədələnən almaniyalı futbolçunun ayağında əzələ yırtığı aşkarlanıb. Onun mövsümün sonuna kimi Münhen klubuna kömək edə bilməyəcəyi dəqiqləşib.
Təcrübəli futbolçunun Avro-2024-də çıxış etməsi də risk altındadır.