Dünya futbolu

“Bavariya”dan Alonsoya astronomik təklif

”Bavariya” gələn mövsüm komandanı Xabi Alonsoya tapşırmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu ispaniyalıya hazırda “Bayer”də qazandığının 4 qatını təklif edəcək. Leverkuzendə 5 milyon funt-sterlinq qazanan Alonsoya “Bavariya” 20 milyon önərib.

42 yaşlı mütəxəssis 2022-ci ilin oktyabrından “Bayer”i çalışdırır. Leverkuzen klubu Avropa Liqasının 1/8 finalında “Qarabağ”la qarşılaşacaq.

Görüşlər 7-14 mart tarixində keçiriləcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43