Dünya futbolu

“Bavariya”dan gedəcəyi rəsmiləşdi

“Bavariya”nın futbolçusu Jerom Boatenq mövsümün sonunda klubu tərk edəcək.

Bu barədə Münhen təmsilçisinin idman direktoru Hasan Salihamiciç “Sky Germany” nəşrinə açıqlamasında deyib. O, Boatenqin mövsümün sonunda klubdan ayrılacağını bildirib.

Boatenq 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43