Dünya futbolu

“Bavariya”dan transferə 400 milyon avro

Almaniyanın “Sport1” telekanalının yaydığı məlumata görə, “Bavariya” klubu önümüzdəki mövsüm üçün transferə 400 milyon avro ayırıb.

Münxen təmsilçisi yeni transferlərdə daha çox cavan oyunçulara yönələrək uzunmüddətli bir heyət formalaşdırmaq niyyətindədir.  Artıq yeni mövsüm üçün “Bavariya”nın bəzi oyunçularla danışıqlar apardığı qeyd edilir. Bunlar “Çelsi”nin 19 yaşlı oyunçusu Kallum Hudson, PSJ-nin 23 yaşlı futbolçusu Adrien Rabiot və “Leypziq”in forvardı Timo Vernerdir.

Qeyd edək ki, “Bavariya” klubu mövsümün sonunda Ribery və Robbenlə müqaviləni yeniləməmə qərarı alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43