Dünya futbolu

“Bavariya”nın futbolçuları hakimləri təhqir etdilər

“Bavariya”nın futbolçuları Vidal, Levandovski və Alkantara “Real”la oyundan sonra hakimlərin otağına hücum ediblər.

İdmanxeber.com-un məlumatına görə, onlar otağa daxil olaraq hakimləri təhqir ediblər. Futbolçuları polislərin köməyilə çıxarmaq mümkün olub.

Qeyd edək ki, oyundan sonra Vidalın qırmızı vərəqəsi və Ronaldonun qoluyla bağlı xeyli mübahisə yaşanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43