Dünyadan

“Bavariya”nın futbolçusu 17 aydan sonra komandaya qayıtdı

Uuzun müddətdir ki, zədəli olan Holqer Badştuper 17 aylıq fasilədən sonra “Bavariya” ilə məşqlərə başlayıb.

İdmanxeber.com-un məlumatına görə, Münhen klubunun futbolçusu sonuncu dəfə 2012-ci ilin dekabrında “Borussiya” ilə matçda dizindən ciddi zədələnmişdi. Bundan sonra isə “solaxay” 17 ay yaşıl meydanlardan kənar qaldı.

25 yaşlı müdafiəçinin sabah “Hamburq”la keçiriləcək matçda start heyətində olacağı gözlənilməsə də, ilk “18-lik”də yer alacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43