Dünya futbolu

“Bavariya”nın futbolçusunun son durumu bəlli oldu

“Bavariya”nın hücumçusu Serj Qnabrinin son durumu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı futbolçu 2-3 ay yaşıl meydanlardan kənar qalacaq. Frankfurt “Ayntraxt”ı ilə oyunda (1:5) zədələnən Serj meydanı xərəkdə tərk edib.

28 yaşlı Qnabri 2017-ci ilin iyulundan “Bavariya”da çıxış edir. Bu mövsüm o, klubda 11 oyun keçirib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43