Dünya futbolu

“Bavariya”nın idman direktoru bəlli oldu

Maks Eberl “Bavariya”nın idman direktoru vəzifəsinə təyin edilib.

İdmanxeber.az məlumat verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 2027-ci ilə qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Münhen klubunda idman direktoru vəzifəsi 2023-cü ilin may ayından, Hasan Salihamiciçin bu vəzifədən qovulmasından sonra boş idi. Maks Eberl 2023-cü ilin yanvar-sentyabr aylarında “Leypziq”in idman direktoru olub. Bundan əvvəl o, 23 il Münhenqladbax “Borussiya”sında çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43