Dünyadan

“Bavariya”nın iki futbolçusu karyerasını bitirir

“Bavariya”nın kapitanı Filip Lam mövsüm sonunda karyerasını bitirməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, 33 yaşlı futbolçu ötən mövsüm Münhen klubunun İdman Direktoru vəzifəsindən ayrılan Mattias Sammerin yerinə keçəcək.

Xatırladaq ki, Lam 1995-ci ildə “Bavariya”nın uşaq komandalarında oynayıb. O, 2002-ci ildə “Bavariya”nın əsas komandasında debüt edib. Lam karyerası ərzində 8 dəfə Almaniya çempionu və 7 dəfə ölkə kubokunu qazanıb. Bundan əlavə, o, 2013-cü ildə “Bavariya” ilə Çempionlar Liqasının, 2014-cü ildə isə Almaniya millisi ilə dünya çempionatının qalibi olub.

Qeyd edək ki, Filip Lamdan əlavə “Bavariya”nın digər futbolçusu Xabi Alonso da karyerasını mövsüm sonunda bitirəcəyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43