Ölkə futbolu

“Bavariya”nın sabiq futbolçusu AZAL-da

AZAL sıralarına hollandiyalı hücumçunu cəlb edib. 

İdmanxeber.com-un məlumatına görə, dünən Boy Deul adlı futbolçu komandaya qoşulub.

26 yaşılı futbolçunun son klubu Belçikanın "Antverpen" klubu olub.  Futbolçu özünü göstərə biləcəyi təqdirdə, onunla bir il yarımlıq müqavilə imzalanacaq.

Qeyd edək ki, Deul "Antverpen”ə qədər Hollandiyanın “Volendam”, “Villem II”, "Vendam" və Almaniyanın "Bavariya" (ikinci komandası) kimi klublarında çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43