“Bayer” müdafiəçisi Conatan Tahı buraxmaq niyyətində deyil.
İdmanxeber.az-ın məlumatına görə, “Bavariya” futbolçunun xidmətində maraqlı olsa da, Leverkuzen klubu oyunçunu satmayıb. Münhen təmsilçisinin Tah üçün təklif etdiyi 20 milyon avro “Bayer”i qane etməyib.
Onlar aparıcı futbolçu üçün minimum 40 milyon avro tələb edir.
Millinin üzvünün Bundesliqa çempionu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatır.