Dünya futbolu

“Bavariya”nın transfer planı açıqlandı

“Bavariya”nın baş məşqçisi Tomas Tuxel komandanın qarşıdan gələn qış transfer pəncərəsindəki planlarından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis heyətə bir-iki oyunçu cəlb etmək niyyətlərində olduqlarını bildirib:

“Bəli, asan olmayacaq, çünki qış transfer pəncərəsi həmişə yaydan daha çətin olur. Bununla belə, biz hazırda komandamızda olan oyunçulara güvənməyə davam edəcəyik”.

“Bavariya” hazırda 38 xalla Almaniya çempionatının turnir cədvəlində ikinci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43