Dünya futbolu

“Bavariya”nın yeni kapitanı müəyyənləşdi

“Bavariya” klubunun yeni kapitanı müəyyənləşdi.

İdmanxeber.com-un məlumatına görə, klubun prezidenti Karl Haynts Rummenige Almaniya mətbuatına açıqlamasında yeni kapitanın Manuel Noyer olacağını bildirib.

Qeyd edək ki, 2011-ci ildən Münhen klubunda çıxış edən 31 yaşlı qolkiper Almaniya millisinin də kapitanıdır.

Xatırladaq ki, buna qədər “Bavariya”nın kapitanı Filip Lam idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43