İdman

“Baxın, “Qarabağ”la oyunlarda nə baş verdi?” – “Atletiko”nun prezidenti

“Atletiko”nun prezidenti Enrike Sereso Madrid klubunun bu mövsüm Çempionlar Liqasında qrupda qalması barədə danışıb. O, “Qarabağ”la oyunları xatırlayıb:

“Çempionlar Liqasında qrupda qalmaq bizə böyük zərbə oldu. Bəxtimizin gətirmədiyini düşünürəm. İlk matçda “Roma”ya qalib gəlməli idik. Sonra Qarabağ”la 2 oyundan birində  qələbə qazana bilərdik.Amma hədəfimizi reallaşdıra bilmədik. İndi Avropa Liqasında çıxış edəcəyik. Çempionlar Liqasındakı kimi burada da kuboku qazanmaq üçün həvəslə çalışacağıq”.

O, Avropa Liqasında maksimum diqqətli olmalı olduqlarını deyib: “Avropa Liqasında da yaxşı komandalar var. 3 yarışda iştirak edirik və uğur qazanmaq istəyirik. Baxın, “Qarabağ”la oyunlarda nə baş verdi? Hər bir komanda sirrdir”.

“Atletiko” “Qarabağ”la ÇL-dəki hər iki oyunda heç-heçə (0:0, 1:1) edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43