Dünya futbolu

“Bayer” çempionluğa gedir

“Bayer” Bundesliqada növbəti görüşünü keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Leverkuzen klubu səfərdə “Köln”lə qarşılaşıb. Oyun “aspirinlər”in qələbəsiylə başa çatıb – 0:2.

“Bayer” bu qələbəylə “Bavariya” ilə arasındakı xal fərqini 10-a çıxardıb.

Xatırladaq ki, Leverkuzen klubu bu həftə Avropa Liqasında təmsilçimiz “Qarabağ”la qarşılaşacaq. Xabi Alonsonun yetirmələri bu mövsüm keçirtdiyi heç bir görüşdə məğlub olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43