19 Sentyabr 2024
Dünya futbolu

“Bayer” heyətini gücləndirir

“Almeriya”nın yarımmüdafiəçisi Serxio Arribas karyerasını “Bayer”də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Xabi Alonso “Real”ın 22 yaşlı yetirməsi ilə maraqlanır.

Bu mövsüm Arribas Almeria üçün 18 liqa matçında 5 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt futbolçunun qiymətini 8 milyon avro qiymətləndirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43