Dünyadan

“Bayer” hücumçu transfer etdi

Leverkuzenin “Bayer” klubu yeni futbolçu ilə güclənib.

İdmanxeber.com-un məlumatına görə, Almaniya nəhəngi “Frayburq”da oynayan Admir Mehmedi heyətinə cəlb edib.

İsveçrəli hücumçu Leverkuzen təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. Müqavilənin detalları haqda isə məlumat verilmir.

Qeyd edək ki, “Bayer” yeni mövsümdən Çempionlar Liqasında çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43