08 Sentyabr 2024
Dünya futbolu

“Bayer” son dəqiqədə qələbə qazandı

Bundesliqada 17-ci turun qarşılaşmaları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, lider “Bayer” (Leverkuzen) səfərdə “Auqsburq”la qarşılaşıb. Görüşdən əvvəldən sona qədər Leverkuzenlərin üstünlüyü şəraitində keçib, ancaq ev sahiblərinin qapısına yol tapmaq son dəqiqəyə qədər mümkün olmayıb.

90+4-cü dəqiqədə Ezekiel Palasios status-kvonu pozub və “Bayer”ə növbəti qələbəni qazandırıb.

Xabi Alonsonun yetirmələri 45 xalla liderliyini davam etdirib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43