Dünya futbolu

“Bayer”dən Alonso açıqlaması

“Bayer”in baş direktoru Fernando Karro baş məşqçiləri Xabi Alonso barədə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi gənc mütəxəssisin son günlərdə “Tottenhem”in başına keçəcəyi yönündəki iddialara münasibət bildirib:

“Alonsonun 2024-cü ilə qədər müqaviləsi var. O, burada xoşbəxtdir, biz də ondan razıyıq. Biz birlikdə işləməkdən zövq alırıq və əminəm ki, o, gələn mövsüm də burada qalacaq”.

41 yaşlı ispaniyalı ötən ilin oktyabrından “Bayer” klubuna rəhbərlik edir. 31 turdan sonra onun komandası 48 xalla Bundesliqada 6-cıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43