08 Sentyabr 2024
Dünya futbolu

“Bayer”in oyunçusu İsveçrədə ən yaxşı olub

Qranit Caka İsveçrədə ilin futbolçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi 3-cü dəfə bu mükafata layiq görülüb. O, daha öncə 2017 və 2022-ci illərdə də bu uğura nail olub.

Caka ötən ilin yayında “Arsenal”dan ayrılaraq “Bayer”ə qoşulub. O, Leverkuzen klubunda 24 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43