24 Oktyabr 2020
  • Ana səhifə
  • Kateqoriyasız
  • “Bazar günü “Qarabağ” barədə hazır material əldə edəcəyik” – “Legiya”nın baş məşqçisi
Kateqoriyasız

“Bazar günü “Qarabağ” barədə hazır material əldə edəcəyik” – “Legiya”nın baş məşqçisi

“Pley-offa daha yaxşı hazırlaşmalıyıq. “Qarabağ”ı diqqətlə öyrənməliyik. Düşünürəm ki, bazar günü rəqibimiz barədə hazır material əldə edəcəyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının 3-cü təsnifat mərhələsində Kosovo “Drita”sını məğlub etdikləri oyundan (2:0) sonra deyib.

O, daha sonra sözlərinə belə davam edib:

Məqsədimiz qrupa vəsiqə qazanmaqdır. Polşa çempionatındakı görüşümüzün təxirə salınması “Qarabağ”la matça hazırlaşmaq baxımından bizə əlavə vaxt qazandırdı. Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da yolunda olmayan nələrinsə olduğunu ortaya çıxaracaq”.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Polşanın paytaxtı Varşavada keçiriləcək. Qalib gələn komanda Avroliqanın qrup mərhələsinə yüksələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Biz necə komanda olduğumuzu bilirik” – “Dundalk”ın qapıçısı

admin

Şehiç və Almeydadan Xocalı paylaşımı – Fotolar

admin

“Milan” Piolini saxladı

admin