25 Fevral 2021
Ölkə futbolu

“Bazel” “Neftçi”yə “yox” dedi

“Neftçi”nin baş məşqçisi Samir Abasov “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişinin qonağı olub.

İdmanxeber.az-ın məlumatın agörə, 43 yaşlı mütəxəssis hücumçu axtarışında olduqlarını deyib:

“Qış fasiləsində hücumçu axtarışı çox çətindir. Üç oyunçuya təklif göndərdik, gəlmək istəmədilər. Biri Macarıstanda oynayan gürcü futbolçudur. Dedi ki, çempionatınızı izləyirəm, amma gəlmək istəmirəm. Digəri İsveçrənin “Bazel” klubunun üzvüdür. Gənc olduğu üçün çox vaxt icarədə olur. Oyunçuda perspektiv gördükləri üçün Azərbaycana göndərmək istəmədilər. Üçüncü hücumçu isə Ekvadorda çıxış edir, uruqvaylıdır. Klubu çox pul istədiyi üçün keçid baş tutmadı. Hazırda axtarışlar davam edir və bir hücumçu ilə danışıqlar gedir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”ın planları pozuldu

admin

“Xəzər Lənkəran”dan İK-in qərarına münasibət: “Arxamda müharibənin, savaşın nəyin baş verdiyini bilmirdim”

admin

“Qarabağ”ın zədəlisindən son xəbər

admin