Dünya futbolu

Bebetonun oğlu “Sportinq”də

“Eştoril”in yarımmüdafiəçisi, Bebetonun oğlu Matteus Oliveyra “Sportinq”lə müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, Lissabon klubu 22 yaşlı futbolçu ilə 2022-ci ilə qədər razılığa gəlib. Klub futbolçuya 60 milyon avro qiymət qoyub.

Oliveyranı “Benfika” başda olmaqla bir sıra komanda heyətinə qatmaq istəyirdi.

Son mövsümdə “Eştoril”in heyətində 26 oyunda iştirak edən futbolçu 2 qol vurub.

Xatırladaq ki, 1994-cü ilin dünya çempionatında atası Bebeto məhz onun anadan olması şərəfinə sonradan məşhurlaşmış sevinmə jestini nümayiş etdirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43