24 Yanvar 2022
Müsahibə

Bədavi Hüseynov: “Biz özümüz bunun arzusundayıq” (MÜSAHİBƏ)

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynovun İdmanxeber.com-a müsahibəsi.

– “İnter”lə matçda qələbə qazanmaqla çempionluğa biraz da yaxınlaşdız. Oyunla bağlı nə deyərdin?

Həm hesaba, həm də oyunun gedişatına görə baxsaq asan bir qarşılaşma oldu.  Onlar yaxşı əks-hücuma keçməyi bacarırlar. Bundan əlavə bu oyun bizim üçün çox vacib idi. Bəlkə də, “İnter”in heyətində çox itkilər var idi, ona görə oyunları alınmadı… Qarşıda bizi onlarla iki kubok oyunu gözləyir. Düşünürəm ki, onlar bu oyunları tam başqa cür oynayacaqlar. Bundan başqa onların bu oyuna oynamayan futbolçuları da heyətə qayıdacaq və tam fərqli bir komanda görə bilərik.

– Növbəti turda rəqib “Zirə”di. Bu matçda çempionluqu vaxtından əvvəl  rəsmiləşdirə bilərsiz.

“Zirə” ötən gün xal itirdi və bizi 1 xal da qane edəcək çempionluqu rəsmiləşdirməyə. Buna baxmayaraq biz rahatlaşmırıq və bu oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çətin olacaq, ancaq çalışacağıq ki, qalib gəlib çempionluqu vaxtından əvvəl rəsmiləşdirək.

– “Qarabağ” ardıcıl 3-cü dəfə çempionluqa yaxındı. Nə hisslər keçirirsən?

Hər il, hər şey daha da çətinləşir. Hər mövsüm komanda daha çox təcrübə qazanır. Amma bu il maddi çətinliklərə görə bəzi klublar problemlər yaşadı. Mən belə düşünürəm ki, hər il çempion olmaq daha da çətinləşir.

– Azarkeşlər “Qarabağ”dan ÇL-in qrup mərhələsinə vəsiqə qazanmağı gözləyir. Bunu bacara biləcəksizmi?

Biz özümüz də bunun arzusundayıq. Növbəti dəfə əlimizə belə bir imkan düşüb və çalşacağıq ki, dəyərləndirək.Məlum məsələdir ki, o mərhələyə kimi getmək çətin olacaq. Bu hansı rəqiblərlə qarşılaşacağımızdan da asılıdı. Qısacası püşkdən çox şey asılıdı. Biz ildən ilə Avropa liqasında daha yaxşı oynamağa çalışırıq. Mənim fikrimcə Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanmağımız üçün yetərincə təcrübəmiz var.

– Necə düşünürsən, keçən mövsüm klublarımız arasında rəqabət daha güclü idi, yoxsa bu mövsüm?

Əgər xal fərqinə baxsaq, mənim fikrimcə keçən il daha çətin oldu çempion olmaq. Anca qbu il Avropa Liqasında getmək uğurunda daha çox komanda mübarizə aparır. Hətta 6-cı yerdə gedən AZAL-ın da şansı var. Məncə bu il məqsədə çatmaq daha çətin oldu. Klub rəhbərliyi də bizim yaxşı oynamağımız və yaxşı əhval-ruhiyyədə olmağımız üçün əlindən gələni etdi.

– Mövsüm sona yaxınlaşır. Cəlbedici təklif olacaqsa “Qarabağ”ı dəyişəcəksən?

“Qarabağ”da məni hər şey qane edir. Hələ bu klubla 2 illik müqaviləm var. Hal-hazırda bu klubdayam və mən komandamla Çempionlar Liqasında oynamaq istəyirəm.

Nurlan Cəfərov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ruslan Abışov: “Komandaya kənardan baxmaq çox çətindir”

admin

“Futbolkanı səhv geyinməyim haqda danışsam, özümü “yandıra” bilərəm” (MÜSAHİBƏ)

admin

Tuyqun Nadirov: “Onların bizə 1 milyon yarım borcu var” (MÜSAHİBƏ)

admin