Müsahibə

Bədavi Hüseynov: “Rəşadı bu futbolçular əvəzləyə bilər” (MÜSAHİBƏ)

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov “CBC Sport” kanalına müsahibə verib.

İdmanxeber.com həmin müsahibəni sizə təqdim edir:

– III dövrədə iki oyun keçirdiniz. Bu oyunlar haqda fikirlərinizi bildirərdiniz…

– III dövrənin ilk görüşündə AZAL-la qarşılaşdıq. Rəqibin qapısı ağzında kifayət qədər təhlükəli epizodlar yarada bildik. Lakin müdafiədəki kiçik bir səhv bizə baha başa gəldi. Ümumilikdə, yaxşı oynamışdıq. Baş məşqçimiz də oyunumuzda razı qalmışdı. Futbolda belə hallar çox olur. Sən fürsətləri sağa-sola xərləyirsən, amma rəqibin bir fürsət əldə edir və ondan da maksimum yararlanır. AZAL-a məğlubiyyətdən sonra “Xəzər Lənkəran”la matçda müdafiədə diqqətli oynadıq və səhvə yol vermədik. Qarşıdakı oyunlarda da çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik.

– Yeni transferlərin çıxışı haqda nə söyləyə bilərsiniz?

– Muarem Muaremi komandamızdakı çıxışında tanıyırıq. O, “Qarabağ”ın heyətində Avroliqanın qrup mərhələsində çıxış etmiş futbolçulardan biridir. Düşünürəm ki, Muarem əvvəl olduğu kimi, bu dəfə də uğurlu transfer olacaq. Muarem hər iki oyunda yaxşı oynadı. Rahid Əmirquliyevə gəldikdə isə onun oyununa həm milli komandamızdan, həm də “Xəzər Lənkəran”dakı çıxışından bələdik. O, yükək səviyyəli futbolçudur. Fikrimcə, faydalı transfer olacaq. Düzdür, Əmirquliyev hazırda zədəlidir. Zədədən qayıdandan sonra bizə faydalı olacağına inanıram.

– “Zirə”nin çıxışı sizi təəccübləndirirmi?

– Sözün düzü, “Zirə”nin belə çıxış edəcəyini gözləmirdim. Buna ancaq sevinmək olar. Çempionatda güclü komandaların çox olması yaxşı haldır. İnanıram ki, “Zirə” sona qədər çempionluq uğrunda mübarizə aparacaq.

– Komanda yoldaşın Elvin Məmmədov qış transfer pəncərəsində “Zirə”yə üz tutdu…

– Məmmədov çox yaxşı futbolçudur. Artıq “Zirə”də öz oyunu ilə sözünü deyir və 1 assist edib. Elvin Məmmədov “Zirə” üçün çox faydalı transfer olacaq.

– Millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov karyerasını bitirmək ərəfəsindədir. Sizcə, onu kim əvəz edəcək?

– Rəşad Sadıqov böyük futbolçudur. Sadıqovun karyerasını bitirməsi həm milli üçün həm də “Qarabağ” üçün ciddi itki olacaq. İstərdim ki, Rəşad Sadıqov bu addımını gec atsın. Düşünürəm ki, Rəşad Sadıqovun boşluğunu Elvin Yunuszadə və “Kəpəz”dən Tərlan Quliyev doldura bilər. Rəşadı əvəzləyəcək futbolçular var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qurban Qurbanov: “Xahişlə komandaya futbolçu cəlb etmək doğru olmaz” (MÜSAHİBƏ)

admin

Vadim Vasilyev: “Ümid verdilər, iş vermədilər” (MÜSAHİBƏ)

admin

Orxan Sadıqlı: “…səni evindən qovmasalar gedərsən?” – MÜSAHİBƏ

admin