Müsahibə

Bədavi Hüseynov: “Yox, söz verə bilmərəm” (MÜSAHİBƏ)

Xəbər verdiyimiz kimi “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov bu gün Premyer Liqanın XIII turunun son matçı – “İnter” – AZAL oyununu tribunadna izləyib. Ağdam klubunun müdafiəçisi “İnter Arena”ya gəlmə səbəbini və qarşıdakı “Tottenhem”lə matçla bağlı İdmanxeber.com-un suallarını cavablandırıb.

– Bu oyuna gəlmə səbəbini öyrənə bilərəmmi?

Mən bura dostlarımın oyununu izləməyə gəlmişəm. Abatsıev və başqaları. Həm də qarşıdakı turda “İnter”lə oynayacağıq. Ümumən bu oyuna bu amillərə görə gəldim.

– “Qarabağ” Premyer Liqada vahid liderdi. Ən yaxın izləyicinizdən 9 xal qabağsınız. Bu mövsümdə də “Qarabağ” çempiondu deyə bilərik?

Biz bütün oyunlara ciddi hazırlaşırıq, diqqətlə Biz bir-iki oyunda büdrəsək xal fərqi azalacaqdı. “Qəbələ”də uğursuz seriya yaranıb. Buna görə də xal fərqi belədi. “Qəbələ” bizi izləyir, arxamızdadı. Ola bilər ki, hər hansı bir uğursuzluq xal fərqinin azalmasına gətirib çıxartsın.

– Qarşıdan “Tottenhem”lə oyun gəlir. Qrupdan çıxmaq üçün son şans.

“Tottenhem” son matçda böyük hesablı qələbə qazanıb. Bu bizim son ev oyunumuz olacaq. Məhz bu səbəbdən son şansımız olduğunun fərqindəyik. Azarkeşlərin dəstəyi lazımdı bizə. 

– “Tottenhem”in oyununu izlədiyini dedin. Bir müdafiəçi kimi hansı futbolçudan çəkinirsən?

Heç kimdən çəkinmirəm. Artıq 2 ildir ard-arda Avropa Liqasının qrupunda oynayırıq. Artıq təcrübəli komandayıq.

– Londonda baş tutan oyunda müdafiədə səhvlər emtişdiz və bunun sayəsində rəqib 3 top vura bilmişdi. Bu səhvlər üzərində işləmisizimi?

Əlbəttə. Londondakı səhvlərimizin üzərində işləmişik. Çalışacağıq ki, orada etdiyimiz səhvləri Bakıda təkrarlamayaq. Azarkeşlərin dəstəyi ilə bunu bacaracağımızı düşünürəm. 

– Azarkeşlərə qələbə sözü verirsənmi?

Yox, qələbə sözü vermirəm, ancaq çalışacağıq ki, azarkeşləri sevindirək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Riçard Almeyda: “Azərbaycan mənim ikinci vətənimdir” – MÜSAHİBƏ

admin

Sadio Tounkara: “Mənim “Xəzər Lənkəran”la heç bir problemim olmayıb” – MÜSAHİBƏ

admin

Tahir Gözəl etiraf etdi: “Əgər “Qarabağ” qrupda oynayacaqsa bu “Qarabağ” oynamalıdı!” – MÜSAHİBƏ

admin