Kateqoriyasız

“Belə anlar mənim qəlbimə həkk olunur” – Kadi

“Qarabağ”ın futbolçusu Kadi Borges instaqram hesabında Konfrans Liqasında “Omoniya”ya 4:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini paylaşıb.

Braziliyalı yarımmüdafiəçi 2 qol vurduğu matçla bağlı bunu qeyd edib:

“Həyatımda baş verənlərə görə Allaha minnətdaram. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Belə anlar mənim qəlbimə həkk olunur. Çox gözəl komanda, işçilər və ailəmiz var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43