Kateqoriyasız

“Belə axmaq suallara cavab verməyəcəm” – Yossi Abuksis

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çətçivəsində keçirilən “Neftçi” – “Bney Yehuda” (2:2) matçından sonra təşkil olunan mətbuat konfransında İsrail təmsilçisinin baş məşqçisi Yossi Abuksis jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matçı şərh etdi…

– Birinci hissə yaxşı alındı, 2 qol vura bildik. Sonra bir qədər yorulduq. Bu mövsüm ilk rəsmi oyunumuz idi. Fasilədən sonra yalnız müdafiəni fikirləşirdik. Oyundan əvvəl desəydilər ki, matç 2:2 bitıcık, bundan narazı olmazdım. Ancaq 2:0-dan belə nəticə qeydə alındığına görə, bizə yaxşı təsir etmədi. Bu, ilk 45 dəqiqə idi, cavab matçı İsraildə olacaq.

– İndiyə qədər belə biabırçı oyun görməmişdim. Futbolçularınız vaxt uzadır, azarkeşlərin əsəbləri ilə oynayırdılar. Buna görə utanırsız?
– Növbəti sual…

– Mən də həmin sualı verirəm.
– Növbəti sual…

– İkinci hissədə müdafiəyə çəkildiyinizi dediz. Futbolçularınız daha çox vaxt uzadırdı. Bu, sizin tapşırığınız idi?
– Belə axmaq suallara cavab verməyəcəm. Normal suallar verin. Sizin komandanız ikinci qolu son dəqiqədə vurdu. Bundan narazı olmamalısız. Əgər belə sual təkrarlansa, mən mətbuat konfransı otağını tərk edəcəm.

– Bu oyunu nəzərə alsaq, evdə də müdafiədən oynayacaqsız?
– Biz bu oyunu təhlil edəcəyik. Ondan sonra qərar verəcəyik.

– Bu hesabdan sonra özünüzü üstün sayırsız?
– Bunu deyə bilmərəm. Dünən də söyləmişdim ki, “Neftçi” çox güclüdü. Bu gün də onu təkrarlaya bilərəm. Həyat göstərəcək necə oynayacağımızı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43