Dünya futbolu

“Belə hazırlaşmaq çətindir” – Xavi Hernandes

La Liqanın 36-cı turunda “Barselona” “Valyadolid”lə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi görüşdən 1:3 hesabı ilə məğlub ayrılıb. Oyunun ardından komandanın baş məşqçisi Xavi Hernandes görüş barədə fikirlərini bildirib:

“Məqsəd artıq əldə olunduğu halda, belə matçlara hazırlaşmaq çətindir. Bu məğlubiyyətlər istirahətin nəticəsidir. Qollar iki səhvin nəticəsi idi. “Valyadolid” üçün layiqli qələbə oldu. Onların daha çox ehtiyacı vardı, bunu göstərdilər.

Futbolçuları başa düşürəm. Bizim çox sıx təqvimimiz var idi, üstəlik, dünya çempionatı mövsümün ortasında keçirildi. Bu gün yeganə yaxşı cəhət Levandovskinin qol vurmasıdır.

Fəxr edirəm ki, çətin anlarda belə birləşdik. Həm də unutmayaq ki, La Liqa və İspaniya Superkubokunu qazanmaqla dubl etdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43