08 Sentyabr 2024
Ölkə futbolu

“Belə olmasaydı, bu gün çıxıb gedərdik” – “Qəbələ”nin legioneri

“Qəbələ”nin legioneri Bilel Auaşeriya İdmanxeber.az-a müsahibə verib. Fransalı yarımmüdafiəçi həm təlim-məşq toplanışı barədə danışıb, həm də mövsümün ikinci yarısı ilə bağlı planlarından söz açıb.

Komandanın qış fasiləsinə sonuncu pillədə yollanması, daha dəqiq desək, uğursuzluq barədə nə deyə bilərsən?

Bu yaxşı hal deyil. Ancaq imkanımız var ki, bütün səhvləri aradan qaldırıb yaxşı nəticə əldə edək.

Konfrans Liqasının ilk oyununda “Omoniya” qarşı çox yaxşı təsir bağışlayan komandanın bu gün aultsayder olmasının səbəbi nədir ?

Çalışıram ki, səbəb axtarmayım. Səbəb çox şey ola bilər. Artıq bu keçmişdə qaldı. Bütün oyunçular təlim-məşq toplanışında məşqlərə fokuslanıb. Keçmişi unudub gələcəyə baxmaq lazımdı.

Keçmişi xatırlamaq istəmirsiz. Bəs gələcəklə bağlı nikbin notlara köklənmək olar?
Əlbəttə ki, gələcəyə nikbin baxırıq. Belə olmasaydı, bu gün çıxıb gedərdik. Mənim gördüyüm odur ki, bütün oyunçular əvvəlkindən daha pozitivdi, bir-birinə kömək etməklə, yüksək səviyyədə iş görürlər.

Bəlkə baş məşqçinin yanlış oyun fəlsəfəsinə görə, komanda bu gün sonuncu pillədədi?

Baş məşqçinin tapşırıqlarını futbolçu olaraq yerinə yetirməliyik. O, sadəcə meydana çıxan 11 nəfəri müəyyən edir və biz onun tapşırıqlarını icra etməliyik. Düşünmürəm ki, hansısa narazılıq var. Sadəcə, baş məşqçinin verdiyi tapşırıqları yüksək səviyyədə meydanda yerinə yetirmək lazımdı.

Fasilə ərəfəsində yəqin ki, rəhbərlik sizinlə görüşüb. Sonuncu pillədə olduğunuz üçün sizə nə deyib və gələcəklə bağlı hansı tapşığı qoyub?

Dünyada istənilən klubu belə vəziyyətə düşə bilər. Rəhbərlikdə komanda ilə görüşür. Bizdən əlimizdən gələnin maksimumunu etməyimizi istəyir.

Necə düşünürsünüz “Qəbələ” Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq ya daha üst pillələrə iddialı olacaq ?
Maraqlı sualdır. Əlbəttə ki, istərdik ki, turnir cədvəlində daha yuxarı qalxaq. Amma gəlin real danışaq ki, bu gün durum bizi Premyer Liqada qalmağa vadar edir. Əvvəlcə hazırkı vəziyyətdən çıxaq, sonra üst pillələr barəsində danışarıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43