Kateqoriyasız

“Belə sürətli futbolçulara qarşı istər-istəməz səhvlər olur” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin III turunda “Sivasspor”la oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bildirib.

Təcrübəli mütəxəssis rəqibin müdafiədə yaxşı oynadığını və əks-hücumlarda sürətli olduğunu söyləyib:

“Sivasspor”u təbrik edirəm. Vacib 3 xal qazandılar. Çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlar edən komandaya qarşı oynadıq. Futbolçular çox çalışdılar. Maksimum səylə topu özümüzdə saxlamaq istəyirdik. Bir standart vəziyyət, bir də əks-hücumdan qol buraxdıq. Qrafikimiz çox sıxdı. Bu oyunu yaddan çıxarıb, qarşıdakı matçlara baxacağıq. Daha doğru, daha düzgün hazırlaşmalıyıq”.

Qurbanov rəqibin sürətli futbolçularına qaşrı müdafiədə səhvlərin olmasını normal olduğunu qeyd edib:

“Əvvəlki matçlarla müqayisədə rəqibin heyət seçimində fərq oldu. Amma taktiki planda gözlədiyimiz kimi oynadılar. Baxmayaraq ki, 3-4 yeni futbolçu meydanda idi, amma oyun sistemi eyni olaraq qalırdı. Fasilədən sonra daha fərlqi futbolçular meydana çıxdı. Həm müdafiədə, həm hücumda çox nizam-intizamlı oynadılar. Bu cür təcrübəli, sürətli futbolçulara qarşı istər-istəməz səhvlər olur. Bu da normaldı. Onlar bu səhvlərdən istifadə edib qələbə qazandılar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43