Dünyadan

BELA QUTMANIN LƏNƏTİ – YAZI

“Benfika”ya 2 dəfə üst-üstə Avropa kubokunu qazandıran Macar məşqçi maaşının artırılmasını tələb edir. “Benfika” bu istəyinə görə Bela Qutmanı klubdan qovur. Qutman “Benfika”nın bundan sonra 100 il ərzində Avropada kubok qazanmayacağını deyir.  Beləliklə Benfikanın Bela Qutman lənəti başlayır.

1962-1963 ÇEMPİON KLUBLAR KUBOKU ( ÇEMPİONLAR LİQASI ) FİNAL

“MİLAN” 2-1 “BENFİKA”

Qutmanın lənətinə baxmayaraq “Benfika” adını finala yazdırmağı bacardı. Lənətin başlanğıcını xəbər verən bu finalda “Milan”a 2-1 məğlub oldu. Alfatini 2 qol vuraraq “Milan”ı çempion etdi.

1964-1965 ÇEMPİON KLUBLAR KUBOKU ( ÇEMPİONLAR LİQASI ) FİNAL

“İNTER” 1-0 “BENFİKA”

Qutmansız “Benfik”a 3 il aradan sonra yenə Avropanın ən böyük kubokunda finala çıxdı. Ancaq “Lənət” yenə iş başında idi.”İnter” 1-0 qazanaraq Avropanın ən böyüyü oldu.

1967-1968 ÇEMPİON KLUBLAR KUBOKU ( ÇEMPİONLAR LİQASI ) FİNAL

“MANÇESTER YUNAYTED” 4-1 “BENFİKA”

 İllər keçməsinə baxmayaraq lənət öz gücünü qoruyurdu. Finala qədər rahat gələn “Benfika” kubok həsrətinə son vermək istəyirdi. Finalda güclü “Mançester Yunaytedə” məğlub olaraq istəyinə nail ola bilmədi. “Benfika” 8 ildə 5 dəfə Çempionlar Liqasında finala çıxdı. Bela Qutman 2 il üst-üstə kuboku qazandı. Qutmansız keçən 3 final isə məğlubiyyətlə nəticələndi.

1982-1983 KUBOK QALİBLƏR KUBOKU ( AVROPA LİQASI ) FİNAL

 “ANDERLEXT” 2-1 “BENFİKA”

 “Benfika”nın qızıl dövrü arxada qalmışdı. Buna baxmayaraq uzun illərdən sonra yenidən Avropa kubokunda finala qədər gəldi. Hamı “Qutman lənəti” ni unutmuşdu.” Benfika” finalda “Anderlext”ə 2-1 məğlub oldu. Bela Qutmanın lənəti yenidən xatirələrə geri qayıtdı.

1987-1988 ÇEMPİON KLUBLAR KUBOKU ( ÇEMPİONLAR LİQASI ) FİNAL

PSV 0-0 ( PEN 6-5 ) “BENFİKA”

“Benfika” uzun illər sonra Avropanın ən böyük klubu olmaq istəyirdi. Böyük əzm və iradə göstərərək klub finala vəsiqə qazandı. Finalda rəqib “PSV” klubu idi. Oyunun normal vaxtı 0-0 hesabı ilə başa çatdı. Penalti atışlarında 6-5 hesabı ilə qalib gələn tərəf “PSV” oldu.

1989-1990 ÇEMPİON KLUBLAR KUBOKU ( ÇEMPİONLAR LİQASI ) FİNAL

 “MİLAN” 1-0 “BENFİKA”

Eysebionun möhtəşəm oyunu “Benfika” klubunu yenidən qızıl dövrünə qaytardı. Klub yenidən Çempionlar Liqasının finalına yüksəldi. Hər kəsdə Qutman lənətinin qorxusu vardı. Eysebio finaldan əvvəl Bela Qutmanın qəbrini ziyarət edərək lənətin keçməsi üçün dua edir. Lakin lənət duadan güclü oldu və “Benfika” finalda Milana 1-0 hesabı ilə məğlub oldu.

2012-2013 AVROPA LİQASI FİNAL

 “ÇELSİ” 2-1 “BENFİKA”

 “Benfika” 1990-cı ildən bu yana ilk dəfə Avropa kubokunda finala çıxırdı. 23 illik fasilədən sonra Portuqallar Avropa çempionluğu uğrunda mübarizə aparacaqdı. Ancaq bu oyunda da “Qutman lənəti” öz gücünü göstərəcəkdi. “Benfika” finalda Çelsi klubu ilə qarşılaşırdı. Oyunun sonlarına yaxın hesab 1-1 idi. Son dəqiqələrdə İvanoviçin vurduğu qol “Benfika”nı çempionluqdan etdi.

2013-2014 AVROPA LİQASI FİNAL

“SEVİLYA” 0-0 ( PEN 4-2 ) ”BENFİKA”

 “Çelsi”yə məğlub olduqdan sonra bu il də “Benfika” Avropa Liqasında finala vəsiqə qazandı. Klub artıq Qutman lənətinə son vermək istəyirdi. Bela Qutmanın lənəti isə acımasızca öz işini görürdü. Finalda 90 dəqiqə qol olmadı. Uzatma dəqiqələrdə də hesab açılmadığından penalti atışları təyin olundu. Penaltilərdə daha dəqiq oynayan ispan klubu Avropa Liqası kubokunu qazandı. ”Benfika” isə bir daha Bela Qutmanı xatırlamalı oldu.

Əfqan Elmanoğlu



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43