Dünya futbolu

Belarus millisi baş məşqçisiz qaldı

Futbol üzrə Belarus milli komandası baş məşqçisiz qalıb.

İdmanxeber.com-un məlumatına görə, yığmanın çalışdırıcısı Aleksandr Xatskeviç vəzifəsindən kənarlaşdırılıb.

Buna millinin uğursuz nəticələri səbəb olub. Məlum olub ki, Belarus Futbol Federasiyaları Assosiasiyası 2018-ci il dünya çempionatının dörd seçmə oyununda cəmi iki xal toplayan yığmanın çıxışından narazı qalıb.

Sonradan mütəxəssisə yeni şərtlərdə çalışmaq təklifi edilib. Qurum A.Xatskeviçin daha aşağı maliyyə şərtləri daxilində postunda qalmasını istəyib. Mütəxəssis isə assosiasiyanın prezidenti Sergey Rumasla görüşü zamanı yeni şərtləri qəbul etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43