08 Dekabr 2019
Kateqoriyasız

Belçika Fransa ilə oynamaqdan imtina etdi

FutbolPressFransa millisi AVRO-2020-yə hazırlıq məqsədiylə yoldaşlıq oyunları üçün rəqib tapmaqda çətinlik çəkir.

Artıq bir neçə komanda fransızlarla qarşılaşmaqdan imtina edib. Onlardan biri Belçika yığması olub. Bu kollektivlər arasında gələn ilin martında yoldaşlıq matçının keçirilməsi barədə ilkin razılıq əldə olunsa da, belçikalılar fikirlərini dəyişiblər.

Müvafiq qərarı baş məşqçi Roberto Martines qəbul edib. Onun fikrincə, Avropa çemionatı ərəfəsində məğlub olmaq komandanın əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər. İmtinaya digər səbəb kimi Belçikanın yeniləcəyi təqdirdə FIFA reytinqində liderliyini itirmək qorxusudur.

Belçika 1765 xalla FIFA reytinqində liderdi. Fransa 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncü sıradadı.

Oxşar xəbərlər

Ukraynadakı səfirimiz: “Qarabağ”a dəstək olmaq hamımızın mənəvi borcudur”

admin

UEFA “Qarabağ”ın iki futbolçusunu seçdi – FOTO

admin

“Qarabağ”ın rəqibi yeni baş məşqçisini qələbə ilə “salamladı”

admin