Dünya futbolu

Belçikalı futbolçu “Çelsi”yə yenə lazım olmadı

“Çelsi” hücumçusu Mişi Batşuayini növbəti dəfə icarəyə verib.

İdmanxeber.az xəbər verir ki, Belçika millisinin üzvü karyerasını Londonun digər klubu “Kristal Pelas”da davam etdirəcək. Klub saytının məlumatına görə, 25 yaşlı forvard “qartallar”da mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Batşuayi 2016-cı ildə “Marsel”dən “Çelsi”yə 38 milyon avro qarşılığında transfer olmuşdu. Belçikalı hücumçu “Borussiya” (Dortmund) və “Valensiya” klublarında icarə əsasında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43